Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünən ölkənin əksər məscidlərində cümə namazı böyük ehtişamla qılınıb və məscidlər dolduğundan müsəlmanlar bəzən namazı məscidin həyətində qılmağa məcbur olublar.
Tunislilər devrilmiş prezident Zeynəlabidin Bin Əlinin 23 il uzanan hakimiyyəti dövründə məscidə getməkdən qorxurdular. Qadınların hicabına orada icazə verilmirdi və kişilər saqqal saxlaya bilməzdilər. Nəhayət laikçi rejim 23 ildən sonra dağıldı və xalqın geniş vüsət almış etirazlarına tab gətirə bilməyən Zeynəlabidin Bin Əli qaçıb Səudiyyə Ərəbistanına sığındı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır