20 yanvar 2011 - 20:30

FaktXeber.com-un hadisə yerində olan müxbrinin verdiyi məlumata görə, Nəsimi rayon məhkəməsi AİP sədri barədə 3 aylıq həbs qəti-imkan tədbiri seçib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun 13 sutka həbs müddəti bitdikdən sonra, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasından Nəsimi rayon məhkəməsinə aparıblar. Gecə saatlarında olmasına baxmayaraq, hazırda rayon məhkəməsində AİP sədrinin məhkəməsi başlamaq üzrədir. Nəzərinizə çatdıraq ki, məhkəmə qapalı keçdiyindən prosesə hansı hakimin sədrlik etdiyi məlum deyil.

Qeyd edək ki, AİP sədri Mövsüm Səmədov yanvarın 7-dən 8-ə keçən gecə, Nərimanov rayon ərazisində saxlanılaraq, polisə müqavimət maddəsilə 13 gün azadlıqdan məhrub edilmişdi.

23:45 Bu gün saat 23:00-da Nəsimi rayon məhkəməsində Elman Əhmədovun sədrliyi ilə keçən prosesdə, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov barədə yenidən həbs qərarı verilib. Barəsində seçilən 13 sutkalıq həbs müddəti yeni bitməsinə baxmayarq, AİP sədri yenidən həbsə məhkum edilib. Mövsüm Səmədovun vəkili Anar Qasımovun saytımıza verdiyi məlumata görə, məhkəmə prosesi qapalı şəraitdə keçib. "Bir neçə dəqiqə əvvəl bitən məhkəmədə, Mövsüm Səmədov 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunaraq, barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçildi. "-deyə vəkil Anar Qasımov deyib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır