17 yanvar 2011 - 20:30

AİP sədri Mövsüm Səmədovun sürücüsü Mirhüseyn Kazımov isə sərbəst buraxılıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu il 7 yanvar tarixində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovla birgə həbs olunan Vaqif Abdullayev, Elçin Həsənov və Mirhüseyn Kazımov barədə redaksiyamıza yeni məlumat daxil olub. Azərbaycan İslam Partiyasının baş məclisinin üzvü Natiq Kərimov FaktXeber.com-a bildirib ki, "Bu gün axşam saatlarında AİP sədrinin təşkilati məsələlər üzrə müavini Vaqif Abdullayev, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Vaqif Abdullayev barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Məhkəmənin onun barəsində təyin etdiyi 15 sutka həbs cəzasının bitməsinə 5 gün qalmasına baxmayaraq,  Vaqif Abdullayevin hansı səbəbdən Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılması və həbs edilməsi bizə məlum deyil."

Natiq Kərimovun bildirdiyinə görə, AİP sədri Mövsüm Səmədovun sürücüsü Mirhüseyn Kazımov və Elçin Həsənovun 11 sutka həbs cəzası bitdiyi üçün, artıq bu dəqiqələrdə Binəqədi rayon Müvəqqəti Saxlama Təcridxanasından sərbəst buraxılıb.

***

Ailəsindən verilən məlumata görə, V. Abdullayev qanunsuz fəaliyyətdə və iğtişaşlar törətməyə cəhddə ittiham olunur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır