Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiya prezidenti Dimitri Medvedev, Orta Şərq səfərində Qərb zolağında olub.
Ria Novosti-yə istinadən verdiyi məlumata görə, Fələstin prezidenti Mahmud Abbas ilə görüşən Medvedev, Moskvanın Sovetlər Birliyi dövründə müstəqil bir Fələstin dövlətini tanımasını xatırladaraq bildirib ki, "Bu mövqe indi də dəyişməyib."
2005-ci ildən bəri Fələstinə səfər edən ilk Rusiya prezidenti olan Medvedev, Mahmud Abbas ilə görüşündə iki ölkə arasındakı əməkdaşlıq və Orta Şərq sülh müddətini nəzarətdə saxlayacağını bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır