Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi bu ölkə Krallığına istinadən bildirir ki, Ərriyad hökuməti Tunisin hazırkı vəziyyətindən nigaran olduğuna baxmayaraq prezident Zeynəlabidin bin Əli və onun ailəsinin Ərəbistanda gəlməsini müsbət qarşılayır.
Tunis prezidenti Zeynəlabidin bin Əli bu ölkənin gərgin iqtisadi vəziyyətinə eləcə də yoxsulluq səviyyəsi və işsizliyin artmasına qarşı bu ölkə xalqının bir aylıq etirazlarından sonra cümə günü Tunis parlamenti və hökumətinin buraxılmasından sonra ölkədəki qüdrəti və bu ölkəni tərk etməyə məcbur oldu.
Bu arada Tunisin müvəqqəti prezidenti kimi Məhəmməd Əl-Qunuşi bu gün ölkədə hökumətini təşkil etmək üçün Tunisdəki siyasi partiyaların nümayəndələri ilə bir iclas keçirəcəyini bildirib.
Məhəmməd Əl-Qunuşi deyib ki, bu iclas bu gün şənbə keçiriləcək və bu hökumət Tunis xalqının gözlədiklərini reallaşdırmağa çalışacaq.
Bu günün Tunis üçün əlamətdar gün olduğunu bildirən Əl-Qunuşi sonra deyib: Hazırkı böhranı arxada qoymaq üçün münasib və lazımi tədbirlər həyata keçiriləcək.
Tunisi müvəqqəti prezidentinin bildirdiyinə görə, bugünkü iclasda maliyyə pozğunluğu, korrupsiya ilə mübarizə üçün bəzi qərarlar çıxarılacaq ki, bir daha Tunis vətəndaşının etimadı və güvəni cəlb edilsin.
Bu elə bir haldadır ki, Tunisin devrilmiş prezidenti Zeynəlabidin bin Əlinin ölkədən çıxması ilə yanğın, soyğunçuluq və atəşaçma Tunisi bürüyüb.
Tunis ölkəsinin paytaxtı olan Tunis şəhərindəki mərkəzi qatar stansiyası və bu şəhərini bazarlarından biri bu gün səhər yandırılıb və atışma səsləri dünən gecə bu şəhərin mərkəzində eşidirlib.
Hadisə şahidlərinin bildirdiyinə görə satış mərkəzləri qarət edilir və vertolyotlarda səmada uçuşlar həyata keçirirlər.
Tunisin üvəqqəti prezidenti Məhəmməd Əl-Qunuşi bu ölkə xalqından istəyib ki, dövlət qurumlarına zərər-ziyan vurmasınlar. O, habelə bu ölkə ordusuna da Tunis vətəndaşlarına qarşı hər cür hücumun qarşısını almaq haqda göstəriş verib.
Ölkənin müvəqqəti başçısı Əl-Qunuşi ötən axşam Tunis televiziyası ilə müsahibədə deyib ki, vertolyotlar soyğunçuluq və hücumların qarşısının alınmasında orduya yardım edirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır