12 yanvar 2011 - 20:30

Rusiya paytaxtında son bir gün ərzində Qafqaz regionundan olan iki nəfər hücuma məruz qalıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: “İnretfaks”ın yaydığı məlumata görə, ötən həftə Moskva xəstəxanalarından birinə qarnından güllə yarası almış bir azərbaycanlı gətirilib. Onun travmatik silahdan açılan atəş nəticəsində yaralandığı güman olunur. Hazırda zərərçəkənin şəxsiyyəti dəqiqləşdirilir. Soydaşımızın Azərbaycan vətəndaşı olub-olmadığı da məlum deyil. Azərbaycanlı ilkin ifadəsində güllə yarasını küçədə baş verən dava zamanı aldığını deyib.

Bu gecə Moskvada bir Ermənistan vətəndaşı da naməlum şəxslərin hücumuna məruz qalıb. Hücum zamanı yaralanan erməni xəstəxanaya müraciət edib, onda kəllə-beyin travması aşkarlanıb. Erməni ilkin ifadəsində ona hücum edən şəxsləri tanımadığını deyib. Hadisə ilə bağlı cinayət işinin başlanması məsələsi müzakirə olunur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır