11 yanvar 2011 - 20:30

Partiya sədri və onun əmisi oğlu Dəyanət Səmədov Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasındadırlar.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Yanvarın 7-də həbs olunan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun saxlandığı yer məlum olub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, partiya sədri və onun əmisi oğlu Dəyanət Səmədov nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasındadırlar.  Bir müddətdir ki, hər iki şəxsin saxlandığı yer barədə məlumat verilmirdi. Onların vəkili Anar Qasımov yanvarın 12-də Baş Prokurorluğa, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinə məktubla müraciət etmişdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır