11 yanvar 2011 - 20:30

Anar Qasımov: "Azərbaycan İslam Partiyasının sədri Səmədəv Mövsüm Mərdan oğlunu və onun əmisi oğlu Səmədov Dəyanət Ələsgər oğlunun harada saxlanması və onlara qarşı Cinayət Məcəlləsinin hansı maddəsi üzrə ittiham irəli sürülməsi barədə məlumat verməyinizi və mənim onlarla görüşməyimi təmin etməyinizi xahiş edirəm"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:   Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və onun əmisi oğlu Dəyanət Səmədovun vəkili Anar Qasımov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə, Azərbaycan Respublikasının Daxili işlər Naziriliyinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ünvanlayıb. AİP sədrinin vəkili Anar Qasımovun etdiyi müraciətdə bildirilir ki, "Yazaraq bildirirəm ki, Azərbaycan İslam Partiyasının sədri Səmədəv Mövsüm Mərdan oğlu və onun əmisi oğlu Səmədov Dəyanət Ələsgər oğlunun yaxınları, 12 yanvar 2011-ci il tarixində mənimlə müqavilə bağlayaraq, Səmədov Mövsüm Mərdan oğlunun və onun əmisi oğlu Səmədov Dəyanət Ələsgər oğlunun hüquqlarını müdafiə etmək üçün müraciət etmişlər. Lakin Səmədov Mövsüm Mərdan oğlunun və Səmədov Dəyanət Ələsgər oğlunun yaxınları hazırda onların harada saxlanmasından və onlara qarşı Cinayət Məcəlləsinin hansı maddəsi üzrə ittiham irəli sürülməsindən xəbərsizdirlər. Buna görə də hazırki müraciətimlə, Azərbaycan İslam Partiyasının sədri Səmədov Mövsüm Mərdan oğlunu və onun əmisi oğlu Səmədov Dəyanət Ələsgər oğlunun harada saxlanması və onlara qarşı Cinayət Məcəlləsinin hansı maddəsi üzrə ittiham irəli sürülməsi barədə məlumat verməyinizi və mənim onlarla görüşməyimi təmin etməyinizi xahiş edirəm".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır