Əhli-Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının İSLAM MÖTƏLİF partiyasının Beynəlxalq İşlər Üzrə Şöbə Müavini Həmidrıza Tərqqi Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsün Səmədovun tutulmasını pisləyərək bildirdi: Hacı Möhsin Səmədov Azərbaycanın mücahid, mübariz,ixlaslı və vətənini sevən oğullarındandır. Onun həps edilməsi müsəlmanların bu dövlət əleyhinə nifrətini artıraraq nəzarət imkanından xaric edəcək.
Həmidrıza Tərrəqi Azərbaycan İslam Partiyasının son illərdə Azərbaycanda baş verən islamofobiyaya, məscidlərin dağıdılmasına, hicabın təhsil orqanında qadağasına, azanın ləğvinə, mömünlərin represiyasına etiraz etdiyini vurğuluyaraq dedi: Azərbaycan dövləti sionistlərin təsirinə düşməklə özünü ölkənin 98% müsəlman kütləsi qarşısında üz-üzə qoyub iqtidarı xalq himaüəsindən məhrum etməsin.
Həmidrıza Tərqqi Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsün Səmədovun eləcədə bu partiyanın müavini ilə yanaşı digər ali rütbəli üzüvlərinin tutulmasını qəti pisləyərək dedi: Azərbaycan dövləti Azərbaycan İslam Partiyasının rəhbərini tutmaqla böyük strateji səhfə yol vermişdir. Bu heçdə Azərbaycanın işıqlı gələcəyi üçün yaxşı tamamlanmayacaqdır. Biz bütün məhbusların azad olunmasını tələb edirik.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır