Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Səadət Partiyasının Van çəhəri icra hakimi M. Nəcib Yavuzer, Azərbaycan İslam Partiyası sədrinin həbs olunmasına sərt reaksiya verib. Səadət Partiyası Van şəhəri icra hakimi M. Nəcib Yavuzer təşkil etdiyi mətbuat konfransında bildirib ki, "Azərbaycan İslam Partiyasının bütün mənsublarını dərhal azad olunmasını və hicaba qoyulan qadağanın götürülməsini tələb edib.
Media mənsublarının suallarını cavablandıran Yavuzer qeyd edib ki, "Son vaxtlarda Azərbaycanda görülən İslam əleyhdarı siaysətlər, həbslərlə davam etməkdədir. Hicab mövzusunda həssaslıq göstərən Azərbaycan İslam Partiyası sədri Mövsüm Səmədov hicab qadağasının geri götürülməsi tələbindən sonra həbs edilib. Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun həbs olunmasından sonra ölkədə dindarlara qarşı təzyiqlər pik nöqtəyə çatıb."
Mətbuat konfransında İsrail və Azərbaycan əlaqələri tənqid edən Səadəty Partiyasının funksioneri bildirib ki, "Bu əlaqələrin davam etdirilməsi nəticəsində bu günki hicaba qadağa və həbslər həyata keçirilir."
Biz Səadət Partiyası olaraq həbs olunan Azərbaycan İslam Partiyasının və digər partiya nümayəndələrinin dərhal azad edilməsini tələb edirik.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.