10 yanvar 2011 - 20:30

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: daxil olan məlumata görə, idarədə olarkən dindarların qarşısına şərt qoyulub ki, kim araq butulkasından içki içsə, onu azad edəcəklər

Ölkədə dindaralara qarşı kütləvi həbslər davam edir. Gəncə şəhərində polisə müqavimət adı ilə evdən çıxarılaraq həbs olunan 9 nəfər barədə yeni məlumatlar verilib.Gəncə şəhər polis idarəsi tərəfindən həbs olunan 9 inanclı şəxsə, idarədə olmazın zülmləri edilir. Yerli polis dindarlara müxtəlif təzyiq vasitələrindən istifadə edərək, onların öz əqidələrindən vaz keçmələrini məcbur edir.

Redaksiyamıza daxil olan məlumata görə, idarədə olarkən dindarların qarşısına şərt qoyulub ki, kim araq butulkasından içki içsə, onu azad edəcəklər. Saxlanılan şəxslər bundan imtina etdikdən sonra, onları polis idarəsində döyməyə başlayıblar.

Gəncə sakinlərinin verdiyi məlumata görə, dindarların əzmini qıra bilməyən yerli polis, saxlanılan 3 nəfər barədə cinayət işi açmaq istəyir. Cinayət işi açılqmaqla hədələn Gəncə sakinləri isə bunlardır: İlqar Musayev, Samir Poladov və Elşən adlı şəxs.

Xatırladaq ki, saxlanılan digər 6 Gəncə sakininə 5-10 gün müddətində azadlıqdan məhrum etmə cəzası verilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.