Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun həbs edilməsindən sonra ölkədə dindarların kütləvi həbsi başlayıb. Müxtəlif ittihamlarla ölkədə inanclı şəxslər, partiya mənsubları, təşkilat sədrləri, ilahiyyatçı alimlər bir-birinin ardınca həbs olunur.
İlahiyyatçı Zülfüqar Mikayılzadənin, Mənəvi Dünya İctimai Birliyinin sədri Şahin Həsənovun və Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Mehdi Məmmədovun ardınca AİP sədrinin birinci müavini Elçin Manafovun da saxlanıldığı məlum olub. Elçin Manfovun ailəsindən daxil olan məlumatda, Mövsüm Səmədovun birinci müavinin bu gün günorta saatlarında Kubinkadakı evindən aparlıdığı bildirilib. Şəhər məhkəməsinə aparılan Elçin Manfovu, məhkəmə 10 sutka müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, Azərbaycan İslam Partiyasının Mətbuat Xidmətinin rəhbəri Akif Heydərlinin də polis tərəfindən həbs olunduğu bildirilir. AİP funksionerlərinin bildirdiyinə görə, dünən partiyanın qərargahında olarkən evində axtarış aparılması barədə məlumat alan Akif Heydərli, yaşadığı Binə qəsəbəsinə yollanıb və dünəndən onun barəsində heç bir məlumat yoxdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.