7 yanvar 2011 - 20:30

Azərbaycanda haqqı deyən və zülmə baş əyməyən insanlara qarşı qanunsuz ittiham və həbslər səngimək bilmir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  1 saat əvvəl Əhli-Beyt məclisində söhbəti zamanı Hacı Mövsüm Səmədovun həbsini pisləyərək “Son günlər Azərbaycanda da baş verən hadisələrə nəzər saldıqda, bunun Qərb və sionizm məhsulu olduğu açıq-aydın sezilir və biz bunu belə dəyərləndiririk. Azərbaycanda məscidlərə hücum edənlər, hicaba qadağa qoyanlar sionistlərin birbaşa əmri ilə hərəkət edirlər. Mövsüm Səmədovun da saxlanılması şübhəsiz ki, bu əməllərin tərkib hissəsidir. Mən deyə bilərəm ki, heç kəs Mövsüm Səmədovu tək görməməlidir, onun arxasında dindarlar durub və biz bu barədə tədbirlər görəcəyik” sözlərini deyən Hacı Zülfüqar Mikayılzadə də  Azərbaycan Respublikasının DİN işçiləri tərəfindən Abşeron polis idarəsinə aparılmış və hal hazırda orada saxlanılmaqdadır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.