Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və onunla birgə 3 nəfərin həbs olunması barədə müxtəlif variantlar səslənsə də, AİP-dən aldığımız məlumatda hadisənin təfərüatı barədə dəqiq informasiya verilib. Məlumata görə, AİP sədri Mövsüm Səmədov və onunla birgə olan Vaqif Abdullayev, Elçin Həsənov və Mirhüseyn Kazımov, partiya qərargahından "Hyundai" markalı avtomobillə hərəkət edərkən Nərimanov rayon ərazisində Dövlət Yol Polisi tərəfindən yol hərəkət qaydalarını pozmaq bəhanəsi ilə saxlanılıb. DYP əməkdaşı AİP sədrinin olduğu avtomobilə yaxınlaşıb və sürücü Mirhüseyn Kazımova vəsiqəsini verməsini tələb edib. Sürücünün vəsiqəni DYP əməkdaşına verməsinə baxmayaraq, bundan sonra irəlidə dayanan qara rəngli "CİP" markalı avtomobildən mülki geyimli şəxslər avtomobilə yaxınlaşaraq, Mövsüm Səmədov və 3 nəfəri polisə tabe olmamaq bəhanəsi ilə saxlayıblar.
Qeyd edək ki, İslam Partiyasının sədri və 3 nəfəri müxtəlif maşınlarda Nərimanov rayon 18 saylı polis bölməsinə gətirilib və orada izahat alındıqdan sonra, saxlanılan şəxslər barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq (310.1-ci) maddəsi ilə həbs ediblər.
Hadisə zamanı maraqlı olan budur ki, yol hərəkət qaydalarını pozmaqda ittiham olunan sürücü Mirhüseyn Kazımovu DYP əməkdaşları yox, məhz Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları polis bölməsinə aparıblar.
Son məlumatlara görə, AİP sədri Mövsüm Səmədovun hələdə MTN saxlanıldığı bildirilir. Digərləri barəsində isə 10, 13 və 15 sutkayadək həbs qəti imkan tədbiri seçilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.