5 yanvar 2011 - 20:30

İİR-sında casusluqda şübhəli bilinərək saxlanan və soyca erməni olan İşğalçı ABŞ vətəndaşının adı açıqlanıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İİR-sında casusluqda şübhəli bilinərək saxlanan İşğalçı ABŞ vətəndaşının adı açıqlanıb. Saxlanan qadın 55 yaşlı Xal Talayandır.

O, bir həftə öncə Norduz keçidində saxlanıb. X. Talayan Ermənistandan İrana vizasız keçib. Axtarış zamanı onun üstündə casus avadanlıqları, o cümlədən dişlərin arasında yerləşdirilən miniatür mikrofon aşkarlanıb.

Saxlanılan Talayan Ermənistana qayıtmaqdan imtina edib, bildirib ki, onu orada ölüm təhlükəsi gözləyir.

Diqqət:Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır