4 yanvar 2011 - 20:30

Murtuza Təməddün: bundan sonra paytaxtda xristianlığı təbliğ edən misioner Yevangel kilsəsi təmsilçilərinə qarşı daha sərt tədbir görəcəklərini bildirib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Tehran qubernatoru Murtuza Təməddün bundan sonra paytaxtda xristianlığı təbliğ edən misioner Yevangel kilsəsi təmsilçilərinə qarşı daha sərt tədbir görəcəklərini bildirib.

Murtuza Təməddün yanvarın 4-də jurnalistlərə açıqlamasında deyib ki, Yevngel kilsəsi xristianlığın “fasid və azmış” bir cərəyanını təmsil edir: “Bunlar öz əqidə və fikirlərini mərkəzi Böyük Britaniyada olan bəzi üzdəniraq mədəniyyət qurumları vasitəsilə təbliğ edirlər. Bu cərəyanın başçılarını Tehran vilayətində tutmuşuq. Yaxın gələcəkdə başqalarını da tutacağıq”.

Qeyd edək ki, İİR-nın kütləvi xəbər agentlikləri son günlərdə ölkədə xristianlığı təbliğ edən 60 nəfərin tutulduğunu xəbər verir.

Diqqət:Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır