Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Gəncə hüquq mühafizə orqanları tərəfindən təzyiqlərə məruz qalaraq, evinə basqın edilmiş və heç bir əsas olmadan 3 gün həbsə qalmış Gəncə sakini Abbasov Füzuli, başına gələnlərdən FaktXeber.com saytına məlumat verib
Son günlər Azərbaycanda dindarlara qarşı təzyiqlərin artması adət halını alıb. Ölkənin bir neçə bölgələrində inanclı insanlar müxtəlif şəkildə təzyiqlərə məruz qalırlar. Gəncə şəhərinin sakinləri də təzyiqə məruz qalanların siyahısında yer alıb. Artıq bir neçə müddətdir ki, şəhərin inanclı sakinləri yerli polis orqanları tərəfindən təqiblərə və həbslərə məruz qalırlar. Şəhərin inanclı sakinləri orta məktəblərdə hicabın qadağan olunmasına etiraz əlaməti olaraq, dekabr ayının 24-ü keçirilən etiraz aksiyasından sonra, polis tərəfindən həbs olunublar. Artıq bir neçə nəfər şəhər sakini, polis bölməsinə aparılraq qeyri-qanuni orada saxlanılıb. Bu günlərdə Gəncədə polis əməkdaşları tərəfindən həbs olunan Abbasov Füzulidən baş verən hadisələrlə bağlı münasibət öyrəndik. Gəncə hüquq mühafizə orqanları tərəfindən təzyiqlərə məruz qalaraq, evinə basqın edilmiş və heç bir əsas olmadan 3 gün həbsə qalmış Gəncə sakini Abbasov Füzuli, başına gələnlərdən FaktXeber.com saytına məlumat verib. Müxbirimizin suallarını cavablandıran Gəncə sakini, hadisənin görünməyən tərəflərini internet saytımıza açıqlayıb.
Sizi hansı əsasla polis bölməsinə dəvət edərək həbs etdilər?
Əvvəlcə sahə müvəkkili olan Mübariz adlı polis əməkdaşı yaşadığımız mənzilə gələrək mənim Kəpəz Rayon polis bölməsinə gəlməyimi istədi. Ondan səbəbini soruşduqda sadəcə olaraq dindirilmək üçün çağrıldığımı bildirdi. Polis bölməsinə məni apardıqdan sonra KRPİ-nin rəisi Ədalət Sadıqovla görüşdürdülər. Bir saata yaxın polis rəisi məndən müəyyən suallar soruşdu. Sonra mənim bir gün polis bölməsində saxlanmağımın vacib olduğu deyərək, həmin günün axşamı məni polis bölməsində saxladılar. Mən səbəbini soruşanda ki, məni niyə qanunsuz saxlayırsız, cavabında hicabın orta məktəblərdə hicabın qadağan edilməsinə etiraz əlaməti olaraq keçirilən aksiyas zamanı polis işçilərinı qarşı müqavmət göstərdiyimi dedilər. Halbuki, mən heç bir polis əməkdaşına qarşı müqavimət göstərməmişdim. Və bu əsassız ittihamla mənə 3 gün həbsdə saxladılar..
Həbsdə olan müddətdə sizə qarşı təzyiqlər olubmu?
Mənə qarşı fiziki təzyiqlər olmadı. Amma məndən qanunsuz olaraq izahatlar alınır və polis işçiləri tərəfindən mənəvi təhqirlərə məruz qalırdım. Həbsdə olduğum müddətdə Kəpəz rayon polis idarəsinin rəis müavini Oktay Mərdanov, İslam dinin müqəddəslərinə və Qurana qarşı təhqirlər söyləyirdi. Və ibadət etdiyimə görə, məni ağılsız adlandırıb, şəxsiyyətimə layiq olmayan sözləri deyirdi.
Deyilənlərə görə siz həbsdə olan müddətdə polis əməkdaşları tərəfindən yaşadığınız mənzilə basqınlar olub? Hətta yatağınızın altına güllə qoyaraq sizi şərləmək istəyiblər. Bu deyilənlər doğrudur?
Bəli, mən həbsdə olan müddətdə Kəpəz RPİ-nin rəis müavini Oktay Mərdanov 20-ə yaxın polis işçiləri birgə yaşadığımız mənzilə soxularaq, evdəki qadınları təhqir edib və mənim yatağımın altına güllə qoymaq istəyib. Oktay Mərdanovun göstərişi ilə Habil adlı polis işçisinin gördüyü bu işə qarşı etiraz edən qardaşım, polis işçiləri tərəfindən vəhşicəsinə döyülüb. Bundan sonra Oktay Mərdanov mənim yanıma gələrək evimdən silah tapılması haqqında izahata qol çəkməyimi mənə məcbur edib. Təzyiqlərə baxmayaraq, mən izahata qol çəkmədim. 3 gündən sonra məni buraxdılar və heç bir mətbuata açıqlama verməməyimi məndən tələb etdilər.
Hazırda Gəncə dindarlarına qarşı nə kimi təzyiqlər olunur?
Hazırda bir neçə dindarların evləri polis işçiləri tərəfindən nəzarətə götürülüb. Özləri şəhərdən çıxıb. Gəncə polisllərinin qeyri-qanuni əməlləri üzündən evə qayıda bilmirlər.Mən bilmirəm nə vaxtdan dinc yürüş etmək və öz hüququnu tələb etmək üçün aksiya keçirmək cinayət olub. Biz artıq hüquq mühafizə orqanlarının bu qeyri-qanuni və qeyri-insani əməllərindən cana doymuşuq.
Hazırladı: Vüqar Hüseyn, Xəyal Şükür
Diqqət:Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır