3 yanvar 2011 - 20:30

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Prezident müavini və İran Atom Enerjisi Təşkilatının sədri fevral ayının ortalarında Buşehr Atom Elektrik Stansiyasının İranın elektrik şəbəkəsinə qoşulacağını bildirib .

Əli Əkbər Salehi bazar günü (2 iyun) verdiyi açıqlamasında bildirib: Qabaqcadan dəfələrlə elan etdiyimiz kimi Allah Təalanın mərhəməti sayəsində Buşehr AES-in işləri inkişaf halındadır və yanvar ayının axırlarında bəzi əsaslı sınaqların həyata keçirilməsinə və ondan bir ay sonra elektrik istehsalına nail ola biləcəyimizə ümidvarıq.

Hökumət rəsmisi müsahibəsinin digər hissəsində İranın Buşehr AES-də Staks-Net virusunun yayılması barədə Qərbin irəli sürdüyü iddiaları təkzib edərək söyləyib : Biz fevral ayının ortalarına qədər elektrik şəbəkəsinə qoşula biləcəyimizi arzulayırıq.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.