Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Şurası Məclisi və hökuməti İsrail mənşəli malların boykot edilməsində əməkdaşlıq edirlər.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Burucerdi məsələnin bir neçə nazirlikdə araşdırıldığını qeyd edərək deyib : İran qanunvericilik orqanı və hökumət İsrail mənşəli malların boykot edilməsində yaxından əməkdaşlıq edirlər.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi , Təhlükəsizlik Nazirliyi və həmçinin Gömrük Təşkilatı bu xüsusda İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası ilə əməkdaşlıq edirlər.

İİŞM-nin 2010-cu il iyun ayı qəbul etdiyi qərara əsasən İran XİN beynəlxalq təşkilatların qətnamələrində Qüdsü işğal etmiş rejimin istehsalı olan malların boykot edilməsi maddəsinin salınmasına səy göstərməlidir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.