Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ötən gün Əl-Müstafa Beynəlxalq İslam Universitetinin rektoru Ayətullah Ərafinin İmam Xomeyni Ali Mədrəsəsində oxuyan tələbələrlə görüş mərasimi keşirilib. Mərasimin keçirilməsində başlıca məqsəd tələbələrin problemləri ilə maraqlanmaq və son günlərdə tələbələrdə dərin mənəvi iz qoymuş böyük alim, İran İslam İnqilabının rəhbəri Həzrət Ayətullah Seyid Əli Xamenei ilə görüş təəssüratlarını bölüşmək olub. Görüşdə xüsusi məqamlar barədə danışılıb.
Burada əsas məqam Ayətullah Xameneinin xarici tələbələrə “Mənim əziz övladlarım” deyə müraciət edərək sözə başlaması idi. Rəhbər həmin görüşdə vurğuladı ki, xarici tələbələr burada qərib deyil, əsl ev sahibləri onlardır, tələbələrin burada vəzifəsi yalnız dini elmlərə yiyələnməkdir. Görkəmli alim Ayətullah Ərafi bu nöqtələri xüsusilə tələbələrin diqqətinə çatdirdı.
Bunlardan ələvə, tələbələrin öz üzərlərində işləyərək istər elmi, istərsə də əxlaqi cəhətdən inkişaflarının zəruriliyi vurğulandı. Bu çətin günlərdə tələbələrin dünya mətbuatına öz töhfələrini verməlı olduğu və bu sahədə aktivliyin zəruriliyi qeyd edildi. Bundan başqa, dini təhsil alan tələbələrin istər maddi, istərsə də digər çətinliklərə səbir etməli olduqları vurqulandı. Sonda İmam Zamanın (əc) “Fərəc” duası oxundu və məclis sona çatdı.
Diqqət:Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır