27 dekabr 2010 - 20:30

Hidayət Orucov: Dini ibadət yerlərinin tikintisinin və mövcud dini ibadət yerlərinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğunun müəyyənləşdirilməsi, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı təlimatlar, dini tədris müəssisələrinin fəaliyyətinin tənzimlənməsi qaydaları hazırlanıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Dini Qurumlarla İş üzrə Azərbaycanın Dövlət Komitəsində (DQİDK) 2010-cu ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda H. Orucov deyib ki, “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra dini icmaların yenidən qeydiyyata alınmasına başlanıb və bu istiqamətdə işlər davam etdirilməkdədir. Həmçinin, qanuna edilmiş əlavə və dəyişikliklərə müvafiq olaraq, dini ibadət yerlərinin tikintisinin və mövcud dini ibadət yerlərinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğunun müəyyənləşdirilməsi, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı təlimatlar, dini tədris müəssisələrinin fəaliyyətinin tənzimlənməsi qaydaları hazırlanıb: “Dini maarifçilik işinin əsas formalarından biri kimi şəhər və rayon icra hakimiyyətləri ilə təhsil ocaqlarında, cəzaçəkmə müəssisələrində və başqa yerlərdə keçirilən seminar-treninqlər, təsisçisi olduğumuz qəzet və jurnalın, eləcə də digər çap məhsullarının əhali arasında yayılması, həmçinin digər qurumlarla birgə gerçəkləşdirilən qabaqlayıcı tədbirlər şübhəsiz ki, öz müsbət təsirini göstərib”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır