26 dekabr 2010 - 20:30

İslam İnqilabının Böyük Rəhbəri istedadlı bəsicilərin təqdim etdiyi medalları İmam Rzanın (ə) müqəddəs hərəminə hədiyyə etdilər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslam İnqilabının Böyük Rəhbəri istedadlı bəsicilərin təqdim etdiyi medalları İmam Rzanın (ə) müqəddəs hərəminə hədiyyə etdilər.

Son zamanlar fövqəladə istedada malik 13 bəsici Həzrət Ayətullah əl-Üzma Xameneiyə məktubla müraciət edib ölkənin beynəlxalq olimpiyada müsabiqələrindən qazandıqları 15 medalı o həzrətə təqdim etmişdilər.

Böyük İnqilab Rəhbəri qururla qazandıqları elmi medallarını o həzrətə təqdim etmiş ölkənin bu gənclərinə cavab olaraq məmnunluq ifadə edərək bütün medalları Həzrət İmam Rzanın (ə) pak hərəmin hədiyyə ediblər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır