Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiya güc strukturlarının Mahaçqalada keçirdikləri xüsusi əməliyyat nəticəsində iki yaraqlı öldürülüb.

Məlumata görə, daha bir neçə yaraqlı isə hələ də doqquzmərtəbəli yaşayış binasında mühasirədədir.

Milli Antiterror Komitəsindən bildirib ki, üçüncü mərtəbədəki mənzildə 4-5 silahlı mühasirəyə alınıb, onlardan 2-si məhv edilib. Əməliyyat davam edir. Güc strukturlarının əməkdaşları arasında itki yoxdur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır