Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bir neçə gündür Azərbaycan mətbuatında yayılan məlumata görə, güya dindarlar Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən 103 saylı orta məktəbə hücum edərək məktəbin şüşələrini sındırıblar. Şayeə ilə bağlı Faktxeberin işgüzarları məsələni araşdırdılar.
Xocasən kəndində yerləşən məscidin axundu ilə görüşdük. Axund Telman Əsədullayev mətbuatda yayılan məlumatlara münasibət bildirərək, bunları dedi: “Dindarlar məktəbə hücum etməyiblər. Mətbuatda yayılan xəbərlərdə deyilirdi ki, guya məktəbdə dindarlarla polislər arasında qarşıdurma olub. Həmin gün mən də övladımın məktəbə buraxılmaması ilə əlaqədar məktəbə getmişdim. Mənimlə birlikdə cəmi 3 nəfər dindar valideyn gəlmişdi. Biz orda olan müddətdə sahə müvəkkili gəldi. Bizə dedi ki, bizə məktəbdə qarşıdurma baş verməsi ilə bağlı məlumat daxil olub. Halbuki, həmin müddətdə orda heç bir qarşıdurma baş verməyib. Biz sadəcə olaraq övladlarımızı dərsə buraxılmamasının səbəbini araşdırmağa getmişdik. Bundan əlavə deyirlər ki, guya dindarlar məktəbin şüşələrini sındırıb. Məktəbin cəmi bir şüşəsi qırılıb. Məktəbin mühafizəçisi və qonşular deyirlər ki, şüşəni iki nəfər azyaşlı qıraraq qaçıblar. Mətbuatda yayılan bütün bu xəbərlər yalandır və kənd dindarları deyilən əməllərin heç birini eləmiyiblər.”
Bundan sonra məsələni daha da dəqiqləşdirmək üçün Xocasən qəsəbəsində yerləşən 103 saylı məktəbdə olduq. Məktəbin bir şüşəsi qırılmışdı.
Sonra bizə yaxınlaşan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Vaqif müəllim mətbuatda yayılan bütün məlumatları təkzib edərək, heç bir qarşıdurmanın və dindarlar tərəfindən məktəbə hücumun olmadığını bildirdi. Sonra Vaqif müəllim məktəbin şüşəsinin kim tərəfindən sınmasını bilmədiyini də söylədi.
Yazını yerləşdirərkən redaksiyamız zəng edən Xocahəsən sakin bildirdi ki, qəsəbə dindarları Hacı Vüqar, Yusif və Hacı Telman Əsədullayev 40-cı polis bölməsinə aparılıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır