Məlumata əsasən, Hizbullah Təşkilatının bəyanatında bildirilir ki, Böyük Rəhbərin Həriri Məhkəməsi barədə şəffaf mövqeyi onun İslam dünyasında vəhdət və müqavimətə önəm verdiyini , Amerika və İsrail rejiminin intriqalarına qarşı olduğunu sübuta yetirir.
Hizbullah öz bəyanatında qeyd edib : Həzrət Ayətullah əl-Üzma Xameneinin şücaətli mövqeyi region xalqlarını düşmənin zalımcasına planları qarşısında müdafiə etmək mənasındadır. Bu mövqe həm də şəri, siyasi və informasiya üsullarına söykənərək o həzrətin düzgün mövqeyinə dəlalət edir.
Xatırladaq ki, Həzrət Ayətullah əl-Üzma Xamenei sırağa gün Tehranda Qətər dövlətinin əmirini qəbulu zamanı Livanın həssas şəraitlə üzləşdiyini xatırladaraq bildirmişdir ki, Həririnin qətlini araşdıran məhkəmə sifarişlidir və onun hər bir qərarı rədd olunacaq . Buna əsasən aidiyyəti tərəflərin ağıl və hikmətlə hərəkət edib bu məsələni problemə çevirməmələri gözlənilir .
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.