Verilən məlumata əsasən, dünən cümə günü dekabrın 17-də sionist rejim ordusunun hərbi gəmilərinin Qəzzənin Cənubunda yerləşən Rəfəh sahillərinin yaxınlığında fələstinlilərin balıqçılıq qayıqlarına hücumu nəticəsində Ziyad Bərdvil adlı 16 yaşlı fələstinli yeniyetmə şəhid olub.
Sionist rejim son illərdə Qəzzənin blokadasını şiddətləndirməklə indiyə qədər onlarla fələstinli balıqçını şəhid edib.
Sionist rejim hərbçiləri həmçinin cümə günü dekabrın 17-də sionist ayırıcı divar habelə sionist şəhərciklərin salınmasına etiraz edən fələstinlinin aksiyasını dağıdaraq, onlarla fələstinlini yaralayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.