+100 kiloqram çəki dərəcəsində ağırlıqqaldırma yarışlarında İranın qeyrətli idmançısı Siyamənd Rəhman 5 kiloqram miqdarında dünyanın rekorduna təkan verərək, 290 kiloqramı qaldırdı və dünyanın ən güclü kişisi kimi seçildi. Bu İranlı idmançı Paraolimpia Asiya oyunlarının qızıl medalına da layiq görüldü.
İranın başqa ağırlıqqaldıran idmançısı Kazım Rəcəbi də 260 kiloqramlıq rekordunu vuraraq, gümüş medalını əldə etdi.
Bu rəqabətlərdə Çin 173 qızıl, 111 gümüş və 87 bürünc medalla öndə gedir, Yaponiya 27 qızıl, 35 gümüş və 31 bürünclə ikinci, Cənubi Koreya isə 25 qızıl, 33 gümüş və 30 bürünc medalla üçüncü yerdə qərarlaşıb. İran isə 25 qızıl, 23 gümüş və 26 bürünclə dördüncü yerdə durur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.