16 dekabr 2010 - 20:30

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan, Halkalıdakı Aşura meydanında şiələrin təşkil etdiyi matəm mərasimində çıxış edib Ərdoğan, Həzrət Hüseynin (ə) şəhid olunmasından danışıb. Bu hadisə İslam tarixində yaşanan ən acılı-ağrılılı hadisələrindəndir.

Ərdoğan daha sonra ki, çıxışnda bildirib ki, " Bu böyük matəm günündə başda İmam Hüseyn (ə) olmaqla Kərbəlada şəhid olan bütün Əhlibeyti rəhmətlə xatırlayıram.

- Həzrəti Peyğəmbər, "Əhlibeytindən ən çox kimi sevirsiniz" sualına heç düşünmədən Həsən və Hüseyn (ə)-ı deyə cavab vermişdi. Və sonra buyurmuşdur ki, "Hüseyn (ə) məndəndir, mən də Hüseyndənim. Hüseyni sevən Allahı sevər, Allahı sevən Hüseyni sevər."

- "Həzrət Hüseyn bundan 1300 il əvvəl bu gün tarixin ən böyük qırğını olan Kərbəlada ailəsi ilə birlikdə şəhid edilib.

- O gündən bəri şübhəsiz ürəyimiz yanır, ciyərimiz qan ağlayır. O gündən bəri dualarımız, mərsiyələrimiz ərşi inlədir. O gündən bəri yer üzünün, göydə mələklərinin ağladığını bilirik. Həzrət Hüseynin (ə) şəhidliyi ölüm deyil, dirilikdir. Vida deyil, qovuşmaqdır. Bir son deyil başlanğıcdır. Ərşin gözyaşı tökdüyü o mübarək insanın şəhidliyi, qardaşlığın vəsiləsidir. Kim ki, Kərbəla faciəsinin, insanlığın bölünməsi üçün istismar etməyə qalxsa bilin ki, Həzrəti Hüseynin (ə) əziz xatirəsinə haqsızlıq etmişdir. Biz 1300 ildir Kərbalanın ağrısını yalnız Məhərrəm ayının 1-da deyil, hər vaxt ürəyimizdə daşıyırıq."

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.