Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslam İnqilabının Böyük Rəhbəri Ayətullahil Üzma Xamenei Çabaharda törədilmiş terror aktı ilə bağlı İran xalqına müraciət ediblər.
Həzrət Ayətullahil Üzma Xameneinin onlarla Çabahar əhalisinin şəhid olması ilə nəticələnən terror aktı ilə bağlı verdikləri bəyanatda qeyd olunub: İran xalqı düşmənin hədəflərini başa düşüb.
Bu ölkə xalqı yaxşı bilir ki, beynəlxalq imperializm islam ümmətinin qüdrətini görmək istəmir.
Böyük İnqilab Rəhbərinin nümayəndəsi Ayətullah Qumi cümə günü (17 dekabr) İranın cənub-şərqi Çabahar şəhərində çərşənbə günü Məhərrəm ayının 9-da bu şəhərdə törədilmiş terror aktında şəhid olanların son mənzilə yola salınma mərasimində Böyük İnqilab Rəhbərinin müraciətini oxuyublar.
Müraciətdə deyilir: Müsəlmanlar arasındakı birlik və islam aləminin qüdrəti onları qəzəbləndirir.
Onlar Aşura qiyamının müsəlmanlara verdiyi dərsdən və islamı həmrəylikdən qorxurlar.
Bəyanatın davamında qeyd olunub: Əgər Kərbəlada İmam Hüseyn (ə) şəhid olmuşdursa, indi iki aylıq körpə ilə ana, qadın-kişi və uşaq qanlarına qəltan edilib.
Müraciətin davamında deyilir: Düşmənlər İranda uranın zənginləşdirilmə fəaliyyətini qəbul edə bilmir. İslam və onun düşmənlərinin problemi isə bundan ibarətdir.
Çərşənbə günü ( 15 dekabr ) Məhərrəm ayının 9-u Sistan və Bluçestan ostanının Çabahar şərəhində törədilmiş terror aktında 39 nəfər şəhid olub, 55 nəfər yaralanmışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.