Bu məlumata əsasən, İmam Hüseyn(ə)-ın ülvi şəxsiyyəti və Aşura məktəbinin müraciəti haqda nitqlərin söylənilməsi, mərsiyələrin oxunması, ehsan süfrələrinin açılması Azərbaycan Respublikasında Məhərrəm ayına məxsus mərasimlərdən olacaq.
Bakıda bəzi mətbu orqanlarının ifşaçılığına görə, müvafiq hökumət orqanları hər il Məhərrəm ayına az qalmış müxtəlif şəhərlərdə dindarları çağırtdırıb, onlara bəzi tövsiyələr verirlər.
Sabiq SSRİ-nin süqutundan və Azərbaycan Respublikasının müstəqillik qazanmasından sonra bu ölkədə Məhərrəm ayına məxsus mərasimlərin keçirilməsi geniş vüsət aldı. Hər il insanlar məscidlərə axışaraq İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü münasibəti ilə matəm saxlayırlar.
Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi ilk illərdə bu ölkədə Məhərrəm ayına məxsus mərasimlər xüsusi ilə də Tasua və Aşura mərasimləri çox geniş və yüksək səviyyədə keçirilirdi. Amma, sonralar ictimai məkanlarda bu mərasimlərin keçirilməsi qadağan edildi.
Məhərrəm ayının xalq tərəfindən qeyd olunmasına baxmayaraq, hökumət orqanları Tasua və Aşura da daxil, Məhərrəm ayına aid olan heç bir tədbir görmürlər. Bu elə bir haldadaır ki, Azərbaycan Respublikası xalqının 98%-ni müsəlmanlar təşkil edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.