3 noyabr 2010 - 20:30

Azərbaycanın Zaqatala rayonunda bıçaqlanma hadisəsi baş verib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanın Zaqatala rayonunda bıçaqlanma hadisəsi baş verib.

Zaqatalada rayon Prokurorluğundan verilən xəbərə görə, dünən axşam saatlarında rayon sakini, 1976-cı il təvəllüdlü Heydərov Rəfael Zakir oğlu 1968-ci il təvəllüdlü qardaşı Mübarizi bıçaqlayıb.

O, qardaşına 8 bıçaq zərbəsi vurub. Mübariz Heydərov Zaqatala Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. R. Heydərov isə könüllü şəkildə rayon Polis Şöbəsinə gedib, qardaşını bıçaqladığını deyib.

Məlumata görə, M. Heydərov evə içkili vəziyyətdə gələrək, 75 yaşlı atasını döyməyə başlayıb. Bunu görən R. Heydərov mətbəx bıçağı ilə ona zərbələr vurub.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır