3 noyabr 2010 - 20:30

Fələstin Muxtariyyətinin keçmiş lideri həyatının son günlərində Amerika və Sionist rejim tərəfindən aldandığını etiraf etmişdi.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ölümünün səbəbləri bu günə qədər müəmmalı qalan Yasir Ərəfat vəfatından az əvəl Səudiyyə Ərəbistanında çıxan Okkaz qəzetinə demişdi: ABŞ-la sionistlər məni aldatdılar. Onlar öz vədlərini yerinə yetirmədilər və nə beynəlxalq qanunlara, nə də Madrid və Oslov sazişlərinə etina etdilər.

O həmçinin bildirmişdi: Amerika beynəlxalq öhdəliklərinin qarşısına bir sədd çəkərək Şaronu dəstəkləyir.

Ərəfat onu da qeyd etmişdi ki , israillilər 1982 və 1984-cü illərdə iki növbədə Fələstin liderinin həyatına qarşı sui-qəsd hazırlayıbmışlar. Fələstin Muxtariyyətinin lideri Yasir Ərəfat 2004-cü il noyabrın 11-də şübhəli halda vəfat etdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır