2 noyabr 2010 - 20:30

Kot-d’İvuarın sərhədləri «növbəti göstərişədək» bağlanıb. Bu barədə ölkə silahlı qüvvələrinin baş qərargahından bildiriblər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: «Ölkənin quru, hava və dəniz sərhədləri istənilən insan və yük hərəkəti üçün, növbəti göstərişədək bağlıdır», deyə hərbçilərin dövlət televiziyasında yayımlanmış bəyanatında deyilir.

Hərbçilər həmçinin ölkə ərazisində xarici xəbər telekanallarının yayımına qadağa qoyublar.

Xatırladaq ki, dünən Kot-d’İvuarın seçki komissiyasının sədri Yusuf Bakayoko ölkədə keçirilmiş prezident seçkilərinin ikinci turunda müxalifətçi keçmiş baş nazir Alassan Uattaranın 54,1% səslə qalib gəldiyini elan etmişdi.

Uattarının rəqibi, hazırkı prezident Loran Qbaqbonun 45,9% səs yığdığı elan olunmuşdu.

Lakin bir neçə saat sonra Kot-d’İvuarın Konstitusiya şurasının prezidenti Pol Yao N’Dre prezident seçkilərinin nəticələrinin ləğv olunduğunu bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır