Biz onunla bürküdən yuxulamış Beyrutda görüşdük. O, on səkkiz il İsrail həbsxanasında və onlardan beş ilini biradamlıq kamerada keçirmişdi. İlk dəfə həbs olunarkən onun 25 yaşı var idi. Keçən il azadlığa buraxılarkən, İsrailin əks-kəşfiyyatı olan Şabakın polkovniki ona dedi: "Sən Qərb sahildə olmamalısan. Əgər Qərb sahildə qalsan, biz səni yenidən zindana salacağıq..."
İndi onun qırx üç yaşı var. Biz onunla çox danışdıq. Doğru desək, danışan o idi . İlk öncə o mənə çox yorğun göründü. Belə bir yorğunluq olur ki, sənin sümüklərinin boşluğu və bədəninin süstlüyü hər bir şeyə üstün gəlir. Amma eyni zamanda o zəif və düşkün görsənmirdi. Sanki o dərin və oynanılmamış sükutda yenə də qızğın və şəxsiyyətli bir qüvvə coşurdu.
- Həyatın hər anı Müqavimətdir. Müəyyən bir mənada insan tarixi qəribə bir dənizdir ki, orada işğalın dalğaları ilə müqavimətin dalğaları bir biri ilə toqquşur. Bu səbəbdən, nə qədər ki sən dirisən sən müqavimət göstərirsən. Sən mübarizəni dayandırırsansa, deməli sən artıq ölüsən, sadəcə səni nə üçünsə dəfn etməyə unudublar. Dəqiq yadımda deyil, amma deyəsən Başler işğalçılığın ən amansız üsulu haqqında yazarkən onu “sivil işğal” adlandırırdı. De Qol isə “mədəni işğalçılıq” haqqında söz açırdı...
Niyə görə “İsrail” və ABŞ işğalçıları bizlərin müqavimətini qıra bilmirlər? Yəqin, ona görə ki, biz fələstinlilər həyatı xüsusi bir tərzdə sevirik. “ Elə yaşa ki, sanki əbədi yaşayacaqsan, və ölümə elə hazırlaş ki, sanki sabah öləcəksən.” İslam bizə bunu öyrədir. Azad həyatın təkrar olunmayan şirinliyi, yalnız müqavimət ruhu vasitəsi ilə aşkar olunur. Hətta sən zindanda, biradamlıq kamerada olsan belə. Altmış il onlar bizi sındırmaq istəyirdilər, amma bunu bacarmadılar.....Və bacarmayacaqlar. Bilirsən nə üçün? Hər bir hərbi əsirin, işğalçı zindanlarında olan məhbusların İslam kimi dini var, bizim hisslərimiz, Allah ilə daimi əlaqənin duyğularını ifadə edən din. Kim bunu bizdən ala bilər?
Bizim işimizin, mübarizəmizin ədalətli olmasına yəqinliyimiz var. Və bu qenetik bir yəqinlikdir, genlərimizdə olan yəqinlikdir. Biz bir dərsi dərk etdik – işğalçılar yalnız güc dili başa düşürlər. Bu bir aksiomadır. Bu belə olub, hal hazırda olur və olacaq. Bu səbəbdən gücün qarşısında yalnız güc qarşıya qoyulmalıdır. Burada başqa bir alternativ yoxdur.
İsrail zindanlarına atılan minlərlə hərbi əsir, Fələstin xalqının hörmətini və sevgisini hiss edirlər. Bu çox mühümdür. Mənə düşmənin zindanında olan qəhrəmanlarına qarşı olan xalqın münasibətini göstər, və mən bu xalqın taleyini sənə deyim. Yəhudilər bizi məhbus-terrorist adlandırırlar. Bizim xalq üçün biz hərbi əsirik. Bu sadəcə sözlər deyil. Bizim ailələr, övladlarımız, valideynlərimiz gündəlik qayğı ilə əhatə olunublar. Biz bilirik ki, hətta bizim ölümüz zamanı İslam Müqavimət Hərəkatı (HƏMAS), bizim yaxınlarımızı və əzizlərimizi təkbaşına buraxmayacaq. Fələstin cəmiyyətində, hərbi əsirlərin mənəvi nüfuzu sarsılmazdır.
Hər bir işğalçı zindanın daxilində əsirlərin çox dəqiq özünütəşkilatlanma sistemi yaradılıb və fəaliyyət göstərir. Bu müqavimətin çox mühüm bir komponentidir. Maliyyə cəhətindən istər parlament deputatı, istər biznesmen, istərsə də kənd sakini olan bütün hərbi əsirlər bərabərdirlər. Kənardan (azadlıqdan) gələn bütün pullar ümumi kassaya gedir. Sosial ya da peşəkar ayrı seçkiliyi yoxdur. Amma bütün hərbi əsirlərin təkmilləşdirilməsi üçün dəqiq hazırlanmış və həyata keçirilən gündəlik proqramlar mövcuddur.
Həbsindən bir müddət öncə, o, Əl-Xəlil (Xevron) şəhərinin İslam universitetinin Şəriət fakültəsini bitirmişdir. Toyun elədi. Onu həbs edəndə, həyat yoldaşının qohumları onu ərindən imtina etməyə razı salmaq istəyirdilər - “ Öz həyatını qırma, israillilər onu daha buraxmazlar”. Lakin o, imtina etmədi və 18 il öz həyat yoldaşını gözlədi.
- İşğalçılar ilk öncə işğal olunmuş millətin milli elitasını məhv etmək, tapdalamaq, aradan götürmək istəyirlər. Mənim üçün elita - ən yaxşılardı, öz torpağının keçmişi, bu günü və gələcəyi qarşısında qüsursuz məsuliyyət sahibi olan yaxşılardır, gələcəyi və keçmişi birləşdirənlər, çoxları üçün nümunə olan, öz milləti üçün gündəlik örnək olanlardır. İşğalçılar üçün əsas məqsəd bir o qədər də milli elitanı fiziki məhv etmək yox, nə qədər ki o elitanı hörmətdən salmaq, korlamaq, yenidən kodlaşdırmaqdır. Onu etmək üçün də gərək elitanın ənənəvi yenidənqurma sistemini məhv edəsən. Bu isə sözün əsl mənasında geniş bir təhsil sistemidir. Amma Fələstində onlar bunu bacarmadı. Və heç vaxt bacarmayacaqlar. Sionistlərin terroruna baxmayaraq, bizim millət dünyanın 10 ən təhsilli millətləri sırasındadır. Məsəl üçün 1000 adama olan tələbələrin sayına görə biz İsrailləri ötüb keçmişik.
Fasiləsiz təhsil - müqavimətin mühüm komponentidir. Həmçinin işğalçı zindanlarda da. Fələstinli hərbi əsirlərin arasında nazirlər, millət vəkilləri, müxbirlər, imamlar, bələdiyyə işçiləri var. Biz ona nail ola bildik ki, İsrail zindanlarında olanların əksəriyyəti oradan daha da möhkəm etiqadlı müqavimət döyüşçüləri kimi çıxırlar. Yəhudilər bizi milli elitadan məhrum etmək istəyirlər, amma məhz elə İsrail zindanlarında müqavimətin milli elitasının böyük bir hissəsi yaradılır, yenidən qurulur.
Fələstinli hərbi əsir bu ya digər zindana düşərkən, ilk öncə təcrübəli qardaşlardan ibarət olan xüsusi bir komissiya ilə görüşür. Özünə məxsus bir müsahibə keçir: həmən müsahibədə zindana düşmüş yeni əsir öz təhsil səviyyəsi və öz təhsili həcmi haqqında, nə öyrənmək istədiyini və öz dostlarına hansı sahədə fayda verə biləcəyi haqqında məlumat verir. Komissiya üzvləri ilə birgə həmən əsir zindanda olarkən öz təhsil proqramı haqqında qərara gəlirlər.
Fələstinli hərbi əsirlər üçün, zindanda yeni bir gün şəfəqdən öncə başlayır. Kimsə zikr edir, kim isə Quran oxuyur. Sonra biz hamımız sübh namazı qılırıq. Bundan sonra kimsə yatmağa gedir, kimsə kitab oxuyur və Quran ayələrini əzbərləyir. Amma saat 8-də hamı ayaq üstə olmalıdır. Kameralarda dustaqların səsləşməsi keçirilir. Bundan sonra təxminən bir saat yarım fiziki hazırlıq keçirilir. İsrailin zindanlarında yemək gündə yalnız iki dəfə verilir.
Səhər yeməyindən sonra biz birlikdə kameraları təmizləyirik. Sonra, zöhrə qədər işlərimiz müxtəlif olur. Məsəl üçün, bir küncdə bir qrup Quran oxuyur və kollektiv şəkildə Quran ayələrini müzakirə edirlər. Kameranın digər yerində beynəlxalq hüquq üzrə dərslər keçirilir ya da ki tibb üzrə ümumi leksiyalar dinlənilir. Hər bir şey, həmən vaxt kamerada hansı sahənin mütəxəssislərin olmasından asılıdır.
Zöhrdən sonra kimsə istirahət edir, kimsə işləyir, kimsə öz şəxsi proqram üzrə oxuyur. İşğalçı zindanına düşərkən, HƏMAS-ın hər bir üzvü özü ya da ki elmli qardaşların vasitəsi ilə zindan müddəti boyunca şəxsi təhsil proqramı tərtib etməlidir.
Əsr namazın ardınca hər bir kamerada olan bütün dustaqlar üçün vacib dərslər keçirilir.
Bu dərslər regionda olan vəziyyət haqqında leksiya yaxud bizim müqavimət hərəkətin əsas məqsədləri haqqında ola bilər. Ya da ki ümumi bir diskussiya ola bilər. Məsəl üçün İşğalın müxtəlif formalar zamanı cəmiyyətin sosial özünütəşkilanma leksiyası. Ən azı üç opponent əvvəldən hazırlanmış tezisləri oxuyur və sonra hamı birlikdə qarşılıqlı kompromis olmadan müzakirə edirlər.
Dördüncü məğrib namazından sonra yemək vaxtıdır, bundan sonra isə kim fiziki hazırlıq ilə kim isə qəzet kitab oxuyur və televizora baxır.
Zindan həyatının daxili nizam qaydaları belədir.
Biz fələstinli hərbi əsirlər özümüz üçün təşkil etdiyimiz şərait heç də yəhudilərin bizə olan hədiyyələri deyil, ağır zindan şəraitində uzun mübarizənin nəticəsidir. Əvvəl işğalçılar, bizə iş heyvanları gözü ilə baxaraq, bizə qəzet və kitab oxumaq, radio qulaq asmaq, televiziya baxmaq imkan vermirdilər, heç öz təhsilimiz haqqında mən demirəm. Bəzən iş ora qədər çatırdı ki, onlar bizə iki üç nəfər bir yerə yığışmaq da qadağan edirdilər. Amma müqavimət ruhunu heç kim ala bilməz. Kütləvi aclıq və etiraz aksiyaları baş verirdi. İş düşmən ilə fiziki toqquşmalara, zindanlarda bizim qardaşlarımıza qarşı qəddar repressiyalara qədər çatırdı, qardaşlardan çoxu öldürülmüşdür və zülm olunmuşdur.
Amma sonda biz təhsil almaq, kitab qəzet və jurnal oxumaq, radiodan və televiziyadan informasiya əldə etmək hüquqlarını realizə etmək hüququnu əldə edə bildik. Düşmən bizim daxili özünü təşkiletmə qanuni hüququmuzu təsdiq etmək məcburiyyətində qaldı.
1991-ci ildə ilk həbsdən sonra, İsrailin hərbi məhkəməsi onu Qərb sahildə “hərbi müqavimətin təşkil olunmasına” görə 5 il müddətinə azadlıqdan məhrum etmişdir. Əgər işğalçılar mənim həmsöhbətimin “İzzəddin Kassam Briqadasının” təşkilatçılarından birini olmasını sübut edə bilsəydilər, o dərhal 20-25 il müddətinə həbs cəzası alacaq idi. Amma İsraillər sübut əldə edə bilmədilər. Buna baxmayaraq...
- Əgər hər hansı fələstinli işğalçı hakimiyyətdə şəkk şübhə doğurursa, onun zindana salınması bir səbəb tapılmayan halda, ona qarşı inzibatı həbs tətbiq edirlər. Həbsin belə priventiv üsulunu nasistlər tətbiq edirdilər, indi isə sionist işğalçılar bunu tətbiq edir. Mənim on səkkiz illik zindan həbsimin altı ilini mən məhz elə inzibati həbsdə keçirmişəm. İlk səkkiz illik həbsdən sonra onlar məni azad etməli idilər. Amma mən azadlıqda yüz gündən az keçirtdim. Sonra yeni bir həbs, sonra yenidən dörd il və yeni inzibati həbslər.
Mənim həmsöhbətim Qərb sahildə hərbi müqavimətin özəklərini yaradılmasında sübut olunmamış ittihama görə beş il həbs cəzası almışdı. Bütün bu zaman o tək adamlı kamerada qalırdı! Ona görə ki ondan qorxurdular. Hətta hərbi əsir olarkən o lider qalırdı. Universitetin bakalavr pilləsini bitirəndə, onun seçimi var idi: ya xaricə gedib təhsilini davam etdirmək, yada ki professional inqilabçı olub müqavimət hərəkatında iştirak etmək.
- Həyatımız boyu, biz beş-yeddi dəfə gələcək taleyimiz müəyyən edən həlledici seçim qarşısında qalırıq. Və biz seçirik - ya qıraq məntiq, xarici səbəb və xarici şərait təsir altında seçim. Ya da ki daxili reallıqdan, içəridən sakit gələn səsinizə qulaq asırıq...
Öz seçimimi edərkən mən bilirdim ki, məni tez bir zamanda ölüm, ya da ki işğalçı zindanda uzun illik həbs gözləyir. İndi isə mən tam əminəm ki, o zaman mən yeganə və təkrarolunmaz bir yol seçdim. Mənim indiki daxili rahatlığım o seçimin düzgün olmasını göstərir. Bu illər ərzində Fələstində sistemsiz milli müqavimətdən, hazırlanmış sistemli mübarizəyə tarixi bir keçid oldu. Hərbi müqavimət mütəxəssis kadr tələb edir. Biz həmçinin zindanlarda belə kadrların hazırlıq sistemini hazırladıq.
Zindanda