1 noyabr 2010 - 20:30

Şəmkir rayon Prokurorluğundan yayımlanan məlumatda bidirilir ki, Şəmkir rayonunda qətl hadisəsi törədilib. Hadisə rayonun Dəllər-Cəyir kəndində qeydə alınıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Şəmkir rayon Prokurorluğundan yayımlanan məlumatda bidirilir ki, Şəmkir rayonunda qətl hadisəsi törədilib. Hadisə rayonun Dəllər-Cəyir kəndində qeydə alınıb.

Kənd sakini, 32 yaşlı Çərkəz İbrahimov mübahisə zəminində kiçik qardaşı, 29 yaşlı Elsevər İbrahimovu bıçaqlayıb. E. İbrahimov təcilli olaraq xəstəxanaya çatdırılsa da, aldığı xəsarət ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda polis hadisəni törədən Ç. İbrahimovun yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Şəmkir rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır