Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Cənab Mahmud Əhmədinejad “Wikileaks” saytının yaydığı məxfi sənədlərə münasibətini açıqlayan deyib: “Bizim bölgə ölkələrinə münasibətimiz olduğu kimi qalacaq”.
O bildirib ki, “Wikileaks”in məlumatları ABŞ hökumətinin diqtəsi ilə hazırlanıb və xüsusi məqsədlərə xidmət edir: “Bunlar yalan və əsassızdır”.
M. Əhmədinejad İranda atom fizikası ilə məşğul olan 2 universitet müəlliminin terrora məruz qalmasına da toxunaraq bəyan edib ki, Qərb ölkələri və İsrail rejiminin bu sui-qəsddə bilavasitə əlləri var: “İranın təhlükəsizlik orqanları tezliklə cinayəti törədənləri tapıb ifşa edəcəklər. Qərbin İranla danışıqlara getməsinin mənası budur. Bu hadisələr hamısı onların ayağına yazılır, bunun hesabını verməlidirlər”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır