Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Saatlı Rayon Prokurorluğundan verilən bildirişdə, hadisə rayonun Bəylər kəndində qeydə alınıb. Kənd sakini, 17 yaşlı Alim Səmədov yaşadığı evin həyətində özünü asıb. İntiharçının meyiti ailə üzvləri tərəfindən aşkarlanıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Saatlı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır