27 noyabr 2010 - 20:30

Gürcüstanın “Sanvey” aviaşirkətinə məxsus İl-76 yük təyyarəsinin Pakistanın Karaçi şəhərində qəzaya uğraması nəticəsində 20 nəfər həlak olub. Onlardan 8-i ekipaj üzvüdür.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Gürcüstanın “Sanvey” aviaşirkətinə məxsus İl-76 yük təyyarəsinin Pakistanın Karaçi şəhərində qəzaya uğraması nəticəsində 20 nəfər həlak olub. Onlardan 8-i ekipaj üzvüdür.

Sudana istiqamət götürən təyyarə Karaçi aeroportundan qalxandan az sonra noyabrın 28-də yerli vaxtla saat 1.48-də (Bakı vaxtı 00.48) tikililərin üstünə düşüb.

Ekipaj üzvləri arasında 1 Rusiya, 7 Ukrayna vətəndaşı olub.

Qəzanın səbəbləri hələlik məlum deyil. Şahidlərin sözlərinə görə, təyyarə havaya qalxandan az sonra mühərriklərdən biri alışıb, sonra alov təyyarənin qanadını bürüyüb.

Hadisə yerində xilasedicilər işləyirlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır