Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Gürcüstanın “Sanvey” aviaşirkətinə məxsus İl-76 yük təyyarəsinin Pakistanın Karaçi şəhərində qəzaya uğraması nəticəsində 20 nəfər həlak olub. Onlardan 8-i ekipaj üzvüdür.
Sudana istiqamət götürən təyyarə Karaçi aeroportundan qalxandan az sonra noyabrın 28-də yerli vaxtla saat 1.48-də (Bakı vaxtı 00.48) tikililərin üstünə düşüb.
Ekipaj üzvləri arasında 1 Rusiya, 7 Ukrayna vətəndaşı olub.
Qəzanın səbəbləri hələlik məlum deyil. Şahidlərin sözlərinə görə, təyyarə havaya qalxandan az sonra mühərriklərdən biri alışıb, sonra alov təyyarənin qanadını bürüyüb.
Hadisə yerində xilasedicilər işləyirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır