Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Robert Bleyk Hindistanın Times Now jurnalına verdiyi müsahibəsində bildirib:«Pakistan terrorçularla mübarizədə ciddi irəliləyişə nail olub, lakin o «Ləşkər-i-təybə» və digər ekstremist qruplaşmalarla mübarizədə hələ çox işlər görməlidir».
Qeyd edək ki, Pakistanda terrorist qruppalarının yaradılması 1975 illərə qayıdır. Bu illər Rüsların Əfqanıstanı İşğal etməsi ilə üst üstə düşdüyündən ABŞ Pakistanda Rusları bəhanə gətirərək ifratçı dini qrumlar, o cümlədən terrorist Ben Laden və Taliban dəstələrinin təməlini qoyaraq daim onlardan siyasi və iqtisadi himayəsini əsirgəməmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır