Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ukrayna prezidenti Viktor Yanukoviç Kiyevin Avrointeqrasiya kursunun dəyişməz olduğunu bildirib.

«Avropa İttifaqında üzvlük Ukraynanın strateji hədəfi olaraq qalır», deyə o Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib.

«Lakin kursun dəyişməzliyini həmişə real işlərlə təsdiq etməyimiz çox vacibdir», deyə Yanukoviç qeyd edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır