16 noyabr 2010 - 20:30

Ermənistanda Azərbaycanın bəzi sayıtlarına daxil olmaq mümkün deyil. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə bildirib: Azərbaycan tərəfi ölkədə fəaliyyət göstərən saytların heç birinə xaricdən girişlə bağlı məhdudiyyət qoymayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ermənistanda Azərbaycanın bəzi sayıtlarına daxil olmaq mümkün deyil. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov  isə bildirib: Azərbaycan tərəfi ölkədə fəaliyyət göstərən saytların heç birinə xaricdən girişlə bağlı məhdudiyyət qoymayıb.

Qeyd edək ki, Ermənistan mətbuatının məlumatına görə, noyabrın 13-dən etibarən bu ölkənin “Cornet” internet-provayderinin istifadəçiləri Azərbaycanın əsas informasiya agentliklərinin saytına daxil ola bilmirlər. “Cornet” nümayəndələri bunu həmin resurslara Azərbaycan tərəfindən maneə qoyulması ilə izah edərək bildiriblər ki, problemi Azərbaycan tərəfdə axtarmaq lazımdır.

Azərbaycanın müvafiq qurumları isə ölkədə fəaliyyət göstərən heç bir sayta girişə məhdudiyyət qoyulmadığını, problemin Ermənistanın özündə olduğunu bildirirlər. “Yəqin problem onların özlündədir”, - deyə M. Əmirov vurğulayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır