16 noyabr 2010 - 20:30

Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad İranda istehsal olunan sutəmizləyici qurğunu, cərəyan tuneli mikroskopunu və uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihazı Azərbaycan prezidenti İlham Əliyevə təqdim edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan və İran arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Mahmud Əhmədinejad İranda istehsal olunan sutəmizləyici qurğunu, cərəyan tuneli mikroskopunu və uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihazı Azərbaycan prezidenti İlham Əliyevə təqdim edib.

Cənab Mahmud Əhmədinejad bildirib ki, sutəmizləyici qurğu, cərəyan tuneli mikroskopu və uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihaz İranda geniş tətbiq edilir. Prezident Mahmud Əhmədinejad nümayiş etdirilən avadanlığın texniki-iqtisadi göstəriciləri barədə azərbaycanlı həmkarına məlumat verib. O qeyd edib ki, bu avadanlıqlar Mərkəzi Asiya, ərəb, Afrika və Latın Amerikası ölkələrinə də ixrac edilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır