15 noyabr 2010 - 20:30

Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar hacılıq məqamına yüksələrək hacı olublar.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. R. Dadaşova bildirib ki, onlar artıq bütün vacibatları yerinə yetiriblər. O deyib ki, azərbaycanlı zəvvarlar axşama doğru yenidən Məkkəyə gedəcək, orada son əməlləri yerinə yetirəcəklər: “Zəvvarlarımız noyabrın 19-dan etibarən Vətənə yola düşməyə başlayacaq”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır