12 noyabr 2010 - 20:30

“Bəzi ölkələr iranlı pilotların xidmətindən istifadə etdikləri halda İranın bəzi aviaşirkətləri rus pilotların xidmətindən yararlanırlar”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının nəqliyyat naziri Həmid Behbəhaninin  deyib:  “Bəzi ölkələr iranlı pilotların xidmətindən istifadə etdikləri halda İranın bəzi aviaşirkətləri rus pilotların xidmətindən yararlanırlar”.

O bildirib ki, ölkədə olan cavan pilotlar aviaşirkətlərdə işləmək üçün yüksək imtiyaza malikdirlər: “Aviaşirkətlərin rəhbərləri bilməlidirlər ki, üstünlük iranlı pilotlara verilməlidir”.

Qeyd edək ki, rus pilotların ölkədən çıxarılması məsələsi İranda bu pilotlarının idarə etdiyi təyyarələrdə qəza saylarının artmasından sonra gündəmə gəlib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır