9 noyabr 2010 - 20:30

Azərbaycan İslam Partiyası 7 noyabrda keçirilmiş parlament seçkisinin nəticələrinə ilkin qiyməti əks etdirən bəyanat yayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 7 noyabrda keçirilmiş parlament seçkiləri ilə bağlı Azərbaycan İslam Partiyası da etiraz bəyanatı yayıb. Bəyanatda deyilir: "Azərbaycan Respublikasında keçirilən son parlament seçkiləri bir daha Azərbaycanda keçirilən seçkilərin qanunsuzluğunu və heç bir demokratik prinsiplərə, beynəlxalq hüquq normalarına söykənmədiyini sübut etdi. Keçirilən seçki Azərbaycanda insan hüquqlarının hansı dərəcədə pozulduğunu ən bariz və total şəkildə nümayiş etdirdi.

AİP olaraq 7 noyabr 2010-cu ildə baş verən hadisənin seçki adına ləkə olduğu, qanun pozuntularının seçkiyə start verildiyi andan başladığı, nəticədə təyin olunan Milli Məclisdə xalqın nümayəndələrinin təmsil olunmadığı və dolayısıyla  Azərbaycan xalqının iradəsini əks etdirmədiyi qənaətindəyik.

Biz Azərbaycan İslam Partiyası olaraq apardığımız müşahidələrdən, Azərbaycanda son parlament seçkisinin qanuna zidd formada təşkil olduğunu bəyanlayır və bu seçkini demokratik dəyərlərə sarsıdıcı zərbə kimi qiymətləndirik."

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır