9 noyabr 2010 - 20:30

Gürcüstan prezidenti, Rusiya ilə dialoqa hazır olduqlarını söyləyib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Gürcüstan prezidenti Mixail Saakaşvili, Rusiya üçün casusluq edənlərin həbs edilməsində iştirak edən polis məmurlarını medal ilə təltif edib.  Mərasim Daxili İşlər Nazirliyin binasında təşkil edilib.

Gürcüstan prezidenti Saakaşvili, tədbirdə etdiyi çıxışda gürcü-rus əlaqələrinə toxunaraq bildirib ki, 'əgər Rusiya, Gürcüstan ilə suveren bir dövlət olaraq danışacaqsa, bu vəziyyətdə Gürcüstan Rusiya ilə şərtsiz dialoqa başlayacaq. Biz kimsəylə müharibə etmək istəmirik, yalnız özümüzü müdafiə edirik. Rusiya yaxşı münasibət göstərərək Gürcüstan ilə müzakirələrə başlayarsa, biz hər vaxt dialoqa hazırıq."

Gürcü polisi, son günlərdə Rusiya dövlətinə casusluq edən 9 Gürcüstan  və 4 Rusiya vətəndaşı olmaqla 13 nəfəri həbs edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır