Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Şahzadə bildirib ki, səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovla, Nazirlər Kabinetində və Milli Məclisdə görüşlər keçirəcək: “Ümidvaram ki, səfərin yekunları uğurlu olacaq”.
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi şahzadənin şərəfinə ziyafət verib. Ziyafətdə Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanın Səudiyyə Ərəbistanı və İtaliyadakı səfirləri Tofiq Abdullayev və Vaqif Sadıxov, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası dostluq qrupunun rəhbəri Fəttah Heydərov, digər millət vəkilləri, ictimai xadimlər iştirak ediblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır