APA-ya açıqlama verən İsrail Musayev 5-6 cümlə söyləsə də, bir çox məqamlara aydınlıq gətirib, içindəki "qara enerjini" bayıra püskürüb.
Əvvəlcə törətdiyi əməlin arxasından qaçaraq, günahı başqalarının üzərinə yıxır, özü də bunu elə bir gülünc tərzdə əsaslandırır ki! Baxın: "Mən qəzet çıxan vaxt orada olmamışam və bu karikatura elmi yazının fotosu kimi gedib. Bir sözlə hadisə məqsədli şəkildə olmayıb".
Soruşmaq ayıb olmasın, ay İsrail Musayev! Bəs sən nə baş redaktorsan? Sən nəyə başçılıq edirsən? Hərçənd, o karikaturanı "elmi yazının fotosu" kimi təqdim edirsənsə, hər şey aydın olur. Bu cızma-qaraya tən gələn "elmlə" məşğul olan birisindən artığını gözləmək olmaz.
Sonra qəzetin nə vaxt və necə çıxmasından bixəbər baş redaktor (hər halda özünü belə təqdim edir) şikayətə başlayır: "Ancaq nədənsə, üzr istəməyimə də fikir vermirlər. Azərbaycanda fəaliyyət göstərən İslam yönümlü internet xəbər resurslarının hamısında mənim ünvanıma kampaniya başlayıb".
Üzr istəmisən? Kimdən? Bütün İslam dünyasını təhqir edib cızma-qaralarının 5-10 izləyicisindən? Bir də ki, yəqin eşitmisən. Elə əməllər var ki, onları bağışlamırlar. Sadalamağa ehtiyac duymuruq. Bir az düşünsən, dərhal 3-4-nü taparsan. Təsəvvür et. Sabah bütün Azərbaycan xalıqının ümid yeri olan taxıl zəmilərinə od vururuq, sonra da iş-işdən keçəndən sonra üz istəyirik. Səncə, bu üzr qəbul olar?
Daha sonra İsrail Musayev növbəti dəfə dindarları təhqir etmək şansını əldən vermir: "Cəmiyyətin digər, inkişaf etmiş və elmi dəyərləndirən hissəsindən müdafiə görüb-görməyəcəyimi isə bilmirəm".
Demək istəyirsən ki, biz geridə qalmışıq, sən və sənin kimilər isə inkişaf etmisiz? Elə isə bil ki, bu millətin, bu xalqın dinə, İslama, Peyğəmbərə bağlılığı sən düşündüyündən qat-qat yüksəkdir. Sən xalqa meydan oxuyursan, onun milli-mənəvi dəyərlərinə qarşı çıxırsan. Belələrinin aqibəti isə… Burda səninlə tam razıyıq. Acınacaqlı olur. Amma heç də həqiqətə və elmə münasibətinə görə yox, keçmişini, soykökünü unutduğuna görə.
Yadında saxla: elm də bizdədi, qeyrət də bizdədi, mərdlik də bizdədi, bütün digər intizarında olduğun müsbət cəhətlər də bizdədi. Və "biz" dedikdə heç də yalnız dindarları nəzərdə tutmuruq. Biz - Azərbaycanıq! Biz - azərilərik! Və bu gün Biz hamılıqla sənə və sənin havadarlarına lənət oxuyuruq! Bütün allahsızlara, cilddən cildə girənlərə! Bu gün də, sabah da - ta, Qiyamət günü gələnədək!
Üzrünü isə saxla özünə, başqa yerdə və başqa mühitdə hələ lazımın ola bilər…