Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ prezidenti Barak Obama Konqresə keçirilmiş seçkilərdə bir çox partiyadaşlarının məğlub olmasını görməyin onun üçün çox ağır olduğunu bildirib.
Obama etiraf edərək bildirib: «Ən ağırı möhtəşəm ictimai xadimlərin ölkəyə xidməti davam etdirmək imkanlarını itirmələrini görmək idi»,
O bildirib ki, bir çox məğlub olmuş konqresmen və senatorlarla söhbət edib. «Onların hamısı bildirdilər ki, mənim bəzi təşəbbüslərimi dəstəklədiklərinə görə qismən seçici dəstəyindən məhrum olsalar da bu addımlarına görə peşman deyillər», deyə prezident bildirib.
Bundan əlavə, ABŞ prezidenti qeyd edib ki, seçkilərin nəticələri onu öz siyasətinə yenidən nəzər salmağa və nələri dəyişə biləcəyi barədə düşünməyə vadar edir.
ABŞ-da noyabrın 2-də Konqresə aralıq seçkilər keçirilib. Seçkinin nəticələrinə görə Demokrat partiyası Nümayəndələr palatasında çoxluğu itirsə də Senatda üstünlüyünü saxlayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır